Kriptovalyutalar

Yeni OUSD stablecoin elan olunub

By 01/07/2026 No Comments

Visa, Mastercard, Coinbase və 140-dan çox şirkətin iştirakı ilə yeni qlobal stablecoin təşəbbüsü elan olunub.

Open Standard adlı konsorsium ABŞ dollarına bağlı Open USD – OUSD stablecoin modelini təqdim etməyi planlaşdırır. Layihənin məqsədi stablecoin-lərin bizneslər tərəfindən daha geniş istifadəsini asanlaşdırmaq, ödəniş və hesablaşma proseslərini daha sürətli, ucuz və açıq infrastruktura çevirməkdir.

OUSD modelinin əsas fərqi odur ki, stablecoin tək bir şirkətin nəzarətində olan məhsul kimi deyil, bir çox maliyyə, texnologiya və ödəniş şirkətinin qoşula biləcəyi ortaq şəbəkə kimi qurulur.

Modeldə bizneslər üçün pulsuz mint və redeem imkanı, həcmlə bağlı məhdudiyyətlərin olmaması və ehtiyat gəlirlərinin iştirakçılar arasında bölüşdürülməsi nəzərdə tutulur.

Bu təşəbbüs stablecoin bazarında USDT və USDC kimi mövcud liderlərə alternativ yaratmaqla yanaşı, stablecoin-lərin yalnız kripto ticarəti üçün deyil, qlobal ödəniş və maliyyə infrastrukturu kimi istifadəsini də sürətləndirə bilər.

Leave a Reply