Blockchain Azərbaycan Mərkəzinin yaradılma məqsədi nədir?
Blockchain Azərbaycan Mərkəzi öz ətrafında İnformasiya Texnologiyaları, Blockchain, Kriptovalyutalar sahəsində ixtisaslaşmış şəxsləri toplayaraq, yeni texnologiyanın ölkəmizdə inkişafı istiqamətində zəruri addımlar atılması üçün yaradılmışdır. Qurumun əsas məqsədi Blockchain və Kriptovalyutalar ilə bağlı təkliflərin hazırlanması, tətbiqi sahələrinin təyin edilməsi, mövzuya aid təlim-tədrisin təşkili, konsultasiya və tədbirlərin təşkil olunmasıdır.
Tərəfimizdən həmçinin fərdi və özəl şirkətlər üçün blockchain texnologiya əsaslı həllərin təqdim olunması da təşkil olunacaq. BAM olaraq yerli startap layihələrə İCO-ların təşkili, konsulatsiyaların verilməsi, dəstəyin göstərilməsi də planlanır. Bu istiqamətdə daha effektiv fəaliyyət üçün biz beynəlxalaq blockchain əsaslı şirkət və qurumlarla əməkdaşlıq edəcəyik.
Mərkəzin fəaliyyət sahələri
Təlim və Tədris
Blockchain texnologiyası və kriptovalyutaları daha aydın başa düşmək üçün həm saytımız, həm də fərdi və ya şirkətlər üçün canlı təlimlərin təşkili.
Konsultasiya
Blockchain texnologiyasını şirkət və ya layihəsində tətbiq etmək istəyən şəxs və ya qurumlar üçün, konsultasiyaların verilməsi.
Blockchain həllər
Texnologiyadan istifadə edərək, məlumatların təhlükəsizliyi, smart kontraktların hazırlanması və tətbiqi üzrə xidmətlər.
Tədbirlər
Yerli və xarici şirkətlərlə əməkdaşlıq edərək, kriptovalyuta və blockchain mövzularında tematik tədbirlərin təşkil edilməsi.
Qısa məlumat kartları
Blockchain, bitcoin sözlərini eşidib, mənalarını bilmirsinizsə, qısa məlumat kartlarımız köməyinizə gələcək.
Blockchain nədir?
Bitcoin nədir?
ICO nədir?
Komandamız İlə tanış olun
1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir.
1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir.
1971-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır.
1974-1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur.
1977-1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır.
1992-1993-cü illərdə Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləmişdir.
1993-1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının departament rəhbəri vəzifəsində çalışmışdır.
1994-cü ildən Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti vəzifələrində çalışır.
1994-2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır.
1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.
1998 və 2004-cü illərdə Dünya Bankının Azərbaycan enerji layihələrində məsləhətçi olmuşdur.
Hazırda Şəffaflıq-Azərbaycan təşkilatının İdarə Heyətinin və EİTİ-Azərbaycan QHT Koalisiyası Şurasının üzvüdür.
1992-ci ildən WB, IMF, IFC, EBRD, OECD, CIPE, TI, IREX, OSI və sair təşkilatların keçirdiyi beynəlxalq konfranslarda məruzəçi və iştirakçı qismində iştirak etmişdir.
Ailəlidir, 3 övladı var.
1983-də riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakultəsini bitirib.
Riyaziyyat və informatika sahəsində pedaqoji fəaliyyətlə məşğul olub. Gənclər təşkilatları və İcra hakimiyyəti sistemində çalışıb. 1995-ci ildən Demokratiyanın İnkişafı Fondunda çalışıb.
Osman Gündüz uzun müddətdir ki, informasiya texnologiyalarının və milli İnternet infrastruktrunun inkişafı sahəsində çalışır.
1997-ci ildə ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri- hökümət təşkilatının - Multimedia Mərkəzinin təsisçisi və rəhbəri olub. 2002-ci ildə Multimedia Mərkəzi digər ictimai qurumlarla birgə uzun sürən məhkəmə çəkişmələrindən sonra Azərbaycan İnternetində senzuranın aradan qaldırlması sahəsində uğurlu fəaliyyət göstərib.
2002-ci ildə Azərbaycan İnternet Forumunun təsisçilərindən olub və hazırda onun prezidentidir. AİF Azərbaycan İnternet infarstrukturunun formalaşması və inkişafında mühüm rol oynayıb.
2009-cu ildə AİF tərəfindən milli informasiya resursların inkişafına ciddi təkan verən Milli İnternet Mükafatı - Milli Net (www.millinet.az) təsis olunub.
2013-cü ildə AİF tərəfindən İnternet biznesin inkişafına kömək məqsədilə Startup Azərbaycan Layihəsinə başlanıb.
“Multimedia” Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz İnternet, İnformasiya Azadlığı və İKT sahəsi ilə əlaqəli müxtəlif yerli və beynəlxalq tədbirlərin təşkilatçısı və iştirakçısıdır.
İnformasiya-komunikasiya texnologiyaları və KİV -lə bağlı bir sıra qanun layihələrinin hazırlanması üzrə Milli Məclisin İşçi Qruplarının üzvü olub.
Ölkədə ilk milli multimedia məhsulu olan “Azərbaycan panoramı” informasiya sisteminin (1997-98), təhsildə İKT-nin tətbiqinə əsaslanan “AzTest” və ``AzTarix`` interaktiv tədris vəsaitlərinin, AzLaws elektron qanunvericilik bazasının, AzSchool və Bələdiyyə İnformasiya sistemlətinin və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub.
Rəhbərlik etdiyi Mərkəz tərərfindən İnformasiya Azadlığı -Onlayn şəffaflıq (www.informasiya.org), Uşaqların İnternetdə təhlükəsizliyi (www.netsafe.az), Təhsildə Informasiya texnologiyaları (www.tehsil.org), Informasiya Cəmiyyətinin Jurnalisti (www.telim.org), Yeni Media (www.yenimedia.az) Layihələri həyata keçirilir.
2012-ci ildə ali təhsil müəssisələrində tədrisi nəzərdə tutulan və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan Yeni medianın tədris Modullarını hazırlayıb.
2013-cü ildə Multimedia Mərkəzi tərəfindən, onun rəhbərliyi ilə həyata keçirilən ``Yeni medianın tədrisinin təkmilləşdirilməsi`` Layihəsi çərçivəsində BDU-da İnternet Studiya yaradılıb.
“İnternet. Azərbaycan İnternet Resusları” (2005-2010), ``Mobil telefon və kompüter`` (2007), ``Jurnalistlər üçün informasiya texnologiyaları``(2009) kitablarının müəllifidir.
“Kompüter. İnformasiya texnologiyalarının əsasları” (2006) və ``Müəllimlər üçün sosial servislər`` (2012) kitablarının həmmüəllifidir.
Rəhbərlik etdiyi qurum tərəfindən 2008-ci ildə Delphi kitabı nəşr olunub və 2009-cu ildə Jurnalistika2.0 kitabı Azərbaycan dilinə tərcümə edilərək çap olunub.
Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elektron resurslar və Uşaqların informasiya təhlükəsizliyi ilə əlaqəli Şuraların, Elektron təhsil müsabiqəsi üzrə Komissiyanın üzvüdür.
2013-cü ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyində yaradılan Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın Kordinatoru seçilib .
2013-cü ildən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvüdür
2006-cı ildən Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Qərb Universitetində İnternet jurnalistika - Yeni media ilə əlaqəli fənləri tədris edib.
Hazırda BDU-nun Jurnalistika fakultəsində Yeni media fənni üzrə müəllim olaraq çalışır.
2007 - 2009-cu illərdə Turizm İnstitunda İnformasiya texnologiyaları fənnini tədris edib.
Yeni media sahəsi ilə əlaqəli elimi araşdırmalarla məşğuldur.
İnformasiya və Kommunikasiya texnologiyaalrı üzrə ``Xeberler.az`` Portalının Baş redaktorudur.
1990, 1995, 2000 və 2005-ci illərdə parlament seçkilərində deputatlığa namizəd olub.
2010 - 2011- ci illərdə ABŞ-ın Kanzas və Oklahoma Dövlət Universitetlərində Yeni media ilə bağlı təhsil alıb, təhsildə informasiya texnologiyaları və yeni media sahəsində təcrübə mübadiləsində iştirak edib
- Onun təsisçi olduğu Alkredit şirkəti, ilk 18 ay ərzində banklara 10 milyon ABŞ dolları həcmində kredit portfeli yaratmışdır.
- Alkreditdən əvvəl, o, MDB regionunda 8 ölkənin onlayn mediasina nəzarət edən Media Monitorinq texnologiya şirkətini yaratmışdır.
- Hal-hazırda Dubai-da qurulmuş və 31 ölkədə fəaliyyət göstərən keepface.com Influencer Marketing şirkətinin həmtəsisçisidir.
- Elşad Yusifli blokçeyn evangelistdir, onun 5 ili Azercell-de olmaqla 15 ildən artıq mühəndislik təcrübəsi var.
- 2012-ci ildə Azərbaycanın ilk Bank olmayan cashback platformu olan Multibon şirkətinin həm-təsisçisi olmuşdur. Multibon şirkəti Azərbaycanda Bitcoin ilə ödənişi qəbul edən ilk şirkət (2013) olmuşdur.
- 2014-cü ildə qurduğu OneNet Solutions şirkəti 20+ şirkətə (logistika, avtomobil klubu, elektron ticarət və s.) web platforma və loyallıq proqramının qurulmasında iştirak etmişdir.
- 2018-2019-cu illər arasında Waves Blockchain Platform-un Azərbaycan üzrə səfiri olmuşdur.
- 2019-cu ildən Cryptoyote AI trading bot platformunun həm-təsisçisidir.
- 2019-cu ildə Bakı Mühəndislik Universitetində ``Blockchain və Kriptovalyutalara giriş`` mövzusunda dərs demişdir.
- Azərbaycanın ən böyük (4000+) Blockchain və Kriptovalyuta virtual cəmiyyətinin qurucusudur.
- Hazırda Bonpara şirkətinin həm-təsisçisi və direktorudur.
Last years, has been enthusiastic about blockchain technology, innovation and providing to traditional projects alternative solutions to reach their goals. In 2018, has founded company in Digital Healthcare field using blockchain technology. Meanwhile, involved into several industries such as Fintech, Traditional Mining, and Innovative Tax products. Currently, Leyla is President of Global Oracle Association for Leaders, GOAL, based on Sustainable Development Goals, with aim on partnerships on governmental and private levels and expanding blockchain ecosystem.
Speaks fluently 5 languages (English, Russian, Turkish, Italian, Azerbaijan), learning French and German and like to be active also on different organizations, such as organising TEDxLugano since 2017 up to present.
Blockchain tədbirləri
Blockchain və Kriptovalyutalar ilə bağlı gözlənilən tədbirlər.