Blockchain Azərbaycan Mərkəzi eToro sosial ticarət və çox aktivli broker şirkəti ilə uzunmüddətli əməkdaşlığa başlamışdır. Bunun ilə əlaqədar olaraq, BAM həm-təsisçiləri Telman Axundov və Orxan Əhmədov, avqust ayının 1-də Moskvada şirkət nümayəndələri ilə görüş keçirərək, qarşılıqlı razılıq əldə edilmişdir.

Əməkdaşlıq çərçivəsində Blockchain Azərbaycan Mərkəzi olaraq eToro platformasında Kriptovalyutaya yatırımlar və onlarla əməliyyatların aparılması haqqında müxtəlif növ təlim və seminarların təşkili, həmçinin tədbirlərdə rəsmi əməkdaşlıq və digər istiqamətlərdə işlərin görülməsi üzrə razılıq əldə edilmişdir.

Səfər çərçivəsində Waves Platformasının Moskvada yerləşən ofisində də görüş keçirilərək, BAM ilə əməkdaşlığın genişləndirilməsi üzrə müzakirələr aparılmışdır.

Leave a Reply