Warning: Creating default object from empty value in /home/customer/www/blockchain.az/public_html/btc/wp-content/themes/salient/nectar/redux-framework/ReduxCore/inc/class.redux_filesystem.php on line 29
Bitcoin Pizza Day Bakı 2018 tədbirindən – Blockchain.az

Bakı Biznes Mərkəzində Blokçeyin Azərbaycan Mərkəzi (BAM) tərəfindən Bitcoin Pizza Day tədbiri keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə dövlət və özəl sektorun nümayəndələri, ekspertlər, sahə ilə əlaqəli mütəxəssislər, bankların nümayəndələri iştirak edib.

Tədbiri giriş sözləri ilə BAM-ın həmtəsisçisi, Portmanat.az-ın rəsmisi Telman Axundov açıb.

Daha sonra Waves platformasının nümayəndəsi Orxan Əhmədov Bitcoin Pizza Day haqda qonaqlara ətraflı məlumat verib. Onun sözlərinə görə, 2010-cu ilin 22 may tarixində ilk dəfə bu sahədə çalışan developerlərdən biri Bitcointalk forumunda 10 min BTC qarşılığında ona iki ədəd Papa John`s pizzaları gətirməyi təklif edib.

Həmin an 10 000 BTC-nin dəyəri 25 dollar təşkil edirdi. Hazırda bu məbləğ təxminən 100 milyon dollar deməkdir və həmin pizzalar tarixə ən bahalı pizzalar olaraq düşüblər.

Blokçeyin Azərbaycan Mərkəzinin həmtəsisçilərindən, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz iştirakçılara BAM haqqında, onun məqsədləri və  gələcək fəlaiyyəti  haqqında və Blockchain.az saytının hazırlanması barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, BAM təşkilatçıları da bu günü qeyd etməklə Azərbaycanda sahənin inkişafına diqqət yönəltməyi məqsəduyğun hesab edib.

Keepface platformasının nümayəndəsi Elşad Yusifli Keepmycoin İCO haqda geniş təqdimat edib və bu layihə ilə bağlı üzləşdikləri problemlərin həlli, gələcək planlarını açıqlayaraq, PRE-İCO (qapalı təklif) zamanı artıq 200 min dollardan çox vəsait topladıqlarını qeyd etmişdir. Qeyd edək ki, İCO hesabına şirkət 45 milyon ABŞ dollar toplamaq niyyətindədir.

Crypto İnsider platformasının əməkdaşı Nicat Əsədov isə təqdimatında coin-lərin satışı və alışı ilə bağlı maraqlı məqamlara toxunub. Cryptoİnsider layihəsi kriptovalyuta bazarlarında baş verən hadisələri yaxından izləyərək, bu mövzuda konsultasiyalar, məsləhətlər, alqı-satqı siqnalları, kriptovalyuta portfoliosunun nəzarəti, media materiallar və s. xidmətlər təklif edəcək. Layihə İCO etməsə də, əvvəlcədən endirimli abunə haqqlarının satışını elan edib.

Pizza Day-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NTYTN) şöbə müdiri Rəşad Əzizov, Lenovo şirkətinin rəsmisi Rasim Bəxşi, Keepface platformasının həmtəsisçisi Emin Vəliyev, ekspert Rəşad Camal və digərləri də çıxış edərək, sahə ilə bağlı fikir mübadiləsi aparıb.

Tədbirdə Waves Platformasının geniş təqdimatı da olub. Qeyd edək ki, bu barədə məlumatı platformanın ölkə üzrə yeni təyin olunan nümayəndəsi Orxan Əhmədov paylaşıb. Orxan Əhmədov Waves platforması, verdiyi imkanlar haqqında ətraflı təqdimat edərək, növbəti aylarda meetupların təşkil edilərək, yerli bazarda, Waves blockchain texnologiyasının inkişafı ilə bağlı bəzi planları açıqlamışdır.

Tədbir yalnız təqdimatlarla deyil, eyni zamanda Papa John`s pizza tərəfindən təqdim olunmuş Pizzalar ilə də yadda qalmışdır. Tədbir iştirakçıları dünyanın ən bahalı Pizzalarının dadına baxa bilmiş və 5 nəfər şəxsə, Papa John`s-dan hədiyyə kuponları təqdim olunmuşdur. Bitcoin Pizza Day-də blokçeyn texnologiyalardan istifadə edən milli və beynəlxalq layihələr haqqında məlumatlar verilib. Rəsmi təqdimatlardan sonra Bitcoin Pizza Day netvörkinq ilə davam edib.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda blokçeyn və kriptovalyuta sahəsində çalışanları və bu sahəyə maraq göstərənləri bir araya gətirmək, tanışlıq təşkil etmək və faydalı müzakirələr aparmaqdır.

Bitcoin Pizza Day tədbirinin baş tutmasında əsas dəstəyi Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti, Waves Blockchain platforması, Portmanat mobil cüzdan, Papa John`s pizza, KeepFace və Cryptoinsider layiləri olmuşdur. Tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə, Blockchain Azərbaycan Mərkəzi bu şirkətlərə təşəkkürünü bildirir.

 

 

Leave a Reply