Women in Web3 Switzerland (WiW3CH) təşkilatının Azərbaycan bölməsinin rəsmi açılışı uğurla baş tutdu və yerli Web3 və rəqəmsal transformasiya icması üçün mühüm bir mərhələ oldu. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə tərəfdaşlıqda keçirilən ilk tədbir Bakıda müxtəlif sahələrdən peşəkarları, innovatorları və rəqəmsal dəyişikliyə töhfə verənləri bir araya gətirdi.
Tədbir iştirakçıları arasında canlı müzakirələr və əməkdaşlıq ruhu bu yeni icmanın möhkəm təməl üzərində qurulduğunu bir daha nümayiş etdirdi və Web3 ekosistemində qadınların dəstəklənməsi üçün böyük potensial olduğunu göstərdi.
Təşkilatçılar tədbirə qatılan hər kəsə təşəkkürünü bildirdi və onların fəallığını, dəyərli fikirlərini icmanın gələcək inkişafı üçün mühüm hesab etdi. Xüsusi minnətdarlıq Women in Tech Azərbaycan icmasının lideri Leyla Seyidzadəyə və Azərbaycan Blockchain Mərkəzinin sədri Telman Axundova bildirildi. Onların tərəfdaşlığı və liderliyi digər hörmətli qonaqlar və sahənin aparıcı şəxsləri ilə birlikdə bu sahədə qadınlar üçün yeni imkanların yaradılmasına böyük töhfə verir.
Bu açılış sadəcə bir başlanğıcdır. WiW3CH Azərbaycan bölməsi bu uğuru davam etdirərək daha çox inkişaf, təlim və əməkdaşlıq imkanları yaradacaq layihələr planlaşdırır. İcma hər kəsi bu təşəbbüslərə qoşulmağa və Web3 sahəsində daha inklüziv və innovativ gələcəyin formalaşmasına töhfə verməyə dəvət edir.
The Azerbaijani Chapter of Women in Web3 Switzerland (WiW3CH) has officially launched, marking a significant milestone for the local Web3 and digital transformation community. The inaugural event, proudly hosted in partnership with the Innovation and Digital Development Agency (IDDA), brought together an impressive group of professionals, innovators, and advocates in Baku.
The gathering set a strong foundation for the new community, with dynamic discussions and a collaborative spirit that highlighted the potential for empowering women in the fast-growing Web3 ecosystem.
Organizers expressed sincere gratitude to all attendees whose engagement and enthusiasm contributed to the evening’s success. Special recognition was given to Leyla Seyidzade, leader of the Women in Tech community in Azerbaijan, and Telman Akhundov, Chairman of the Blockchain Center in Azerbaijan, for their invaluable partnership and leadership. Their contributions, along with the support of other distinguished guests and industry stakeholders, are seen as key to advancing opportunities for women in the sector.
With this successful launch, WiW3CH Azerbaijan looks forward to building on the momentum by creating more opportunities for growth, learning, and collaboration in the Web3 space. The community invites everyone interested to stay connected and participate in future initiatives as they work together to shape a more inclusive and innovative digital future.