Mayın 22-də Biznes Mərkəzində Blokçeyin Azərbaycan Mərkəzi (BAM) tərəfindən Bitcoin Pizza Day tədbiri təşkil olunacaq.
Məlum olduğu kimi, 2010-cu ilin 22 may tarixində ilk dəfə bu sahədə çalışan developerlərdən biri Bitcointalk forumunda 10 min BTC qarşılığında ona pizza gətirməyi təklif edib.
Həmin an 10 000 BTC-nin dəyəri 25 dollar təşkil edirdi. Hazırda bu məbləğ təxminən 100 milyon dollar deməkdir və həmin pizzalar tarixə ən bahalı pizzalar olaraq düşüblər.
BAM təşkilatçıları da bu günü qeyd etməklə Azərbaycanda bu sahənin inkişafına diqqət yönəltməyi məqsəduyğun hesab edib.
Tədbirdə blokçeyn texnologiyalardan istifadə edən milli və beynəlxalq layihələr haqqında məlumatlar veriləcək, maraqlı təqdimatlar olacaq. Tədbirin təşkilatçısı Blockchain Azərbaycan Mərkəzi və WAVES Platforması, sponsorlar isə Bakcell, Portmanat, PapaJohn`s, KeepMyCoin və Crypto Insider şirkətləridir.
Tədbirdə həmçinin blockchain.az saytı da təqdim ediləcək.
Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda blokçeyn və kriptovalyuta sahəsində çalışanları və bu sahəyə maraq göstərənləri bir araya gətirmək, tanışlıq təşkil etmək və faydalı müzakirələr aparmaqdır.