Xəbərlər

BAM və Azərbaycan nümayəndələri “Qlobal Blokçeyn Konfransı 2019”-da iştirak ediblər

By 19/11/2019 No Comments

İspaniyanın  Malaqa  şəhərində blokçeyn sahəsi üzrə ixtisaslaşmış beynəlxalq təşkilat və şirkətlərin nümayəndələrinin iştirakı ilə “Qlobal Blokçeyn Konfransı 2019” təşkil edilib.

Tədbirə dünyanın 70-dən çox ölkəsindən blokçeyn və kriptovalyuta şirkətlərinin rəhbərləri, dövlət və özəl qurumların nümayəndələri, investorlar, treyderlər, maliyyə tənzimləyicilərinin nümayəndələri qatılıb.

Konfransda ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov və “Liderlər üçün Qlobal Oracle Assosiasiyası”-nın prezidenti Leyla Bağırzadə və “Akhundoff Group”un təsisçisi və BAM-ın (Blokçeyn Azərbaycan Mərkəzi) həmtəsisçisi Telman Axundov təmsil edib.

Tədbirdə çıxış edən R.Əzizov son illər inkişaf etmiş ölkələrdə dövlət və özəl sektorda blokçeyn texnologiyasına artan maraq, həmin texnologiyanın innovativ sahibkarlıq fəaliyyətində tətbiqi, iqtisadiyyatın rəqəmsallaşması prosesinə təsiri haqqında ətraflı danışıb. Nazirlik rəsmisi blokçeyn texnologiyaları üzrə dünya təcrübəsi, ölkəmizdəki mövcud potensial və gələcək perspektivlər barədə iştirakçıları məlumatlandırıb.

“Qlobal Blokçeyn Konfransı” zamanı Şərq tərəfdaşlığı ölkələrində blokçeyn texnologiyalarının inkişafı üçün “EaP platforması”nın yaradılması perspektivləri müzakirə olunub. Tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankının IBM şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində reallaşdırdığı “Rəqəmsal İdentifikasiya Sistemi” layihəsi region üzrə blokçeyn texnologiyalarından istifadənin uğurlu nümunəsi kimi təqdim edilib. Konfrans çərçivəsində “Blokçeyn texnologiyaları sahəsi üzrə EU4Digital” seminarı da keçirilib.

“Qlobal Blokçeyn Konfransı”nın təşkilində əsas məqsəd  blokçeyn texnologiyaları üzrə risklərin idarə olunması, müvafiq sahə üzrə huquqi bazanın yaradılması, gələcək nəsil internet və rəqəmsal iqtisadiyyatın formalaşmasına köməklik göstərilməsindən ibarətdir.

Leave a Reply