Toplantıda “Biznesdə blockchain texnologiyalarının tətbiqi” mövzusunda bu ay keçirilməsi nəzərdə tutulan Konfransa hazırlıq məsələləri müzakirə edilib.
Belə ki, tədbirin 28 iyun tarixində keçirilməsi nəzərdə tutulur. Konfransda yerli biznes qurumları blokçeyn texnologiyalardan istifadə mövzusu ətrafında müzakirələr aparacaqlar. Görüşdə ekspertlərin mövzu ilə bağlı təqdimataları da nəzərdə tutulub. Konfrans BAM və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkiatçılığı ilə keçiriləcək. Həmçinin konfransda ölkənin bu sahə ilə əlaqəli maraqlı tərəflərin də iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, bu günkü görüşdə blokçeyn texnologiyalatrdan istiafadə ilə bağlı jurnalistlər üçün təlimin keçirilməsi məsələsi də müzakirə edilib. Adı çəkilən təlimin 23 iyun tarixində keçirilməsi nəzərdə tutulur. Təlimin keçirilməsində məqsəd bu sahədən yazan jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərməkdir.
Qeyd edək ki, təlim ödənişsizdir. Təlimdə ekspertlər sadə və anlaşıqlı fromada, praktiki nümunələrlə blokçeyn texnologiyaları, kriptovalyuta, İCO layihələr , onların mahiyyəti və istifadə qaydaları haqqında məlumatlar verəcəklər. Jurnalistlər üçün müxlətif kriptovalyuta birjalarında hesabların açılması və istiafdə qaydalarının da öyrədilməsi nəzrədə tutulur.
BAM toplantısında bir sıra cari məslələr də müzakirə olunub.