Sabah “Azərbaycanda kriptovalyuta bazarının tənzimlənməsi, blokçeyn texnologiyalardan effektiv istifadə” mövzusunda konfrans keçiriləcək. 

Xeberler.az-ın məlumatına görə, toplantıda dövlət və özəl sektorun, bank sektorunun nümayəndələri və müstəqil ekspertlər iştirak edəcəklər.

Tədbirdə ekspert Orxan Əhmədov “Kriptovalyuta bazarının tənzimlənməsi və blokçeyn texnologiyalardan effektiv istifadə“,  Crypto Consalting qurumunun direktoru Elnur Quliyev “Blokçeyn texnologiyasının maliyyə-bank sisteminə təsiri” və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru  Sabit Bağırov isə “İCO: tənzimləmələr, imkanlar və təhlükələr” mövzusunda məruzə və təqdimatlar edəcəklər.

Konfransda mayninq üçün icazə və bu fəaliyyətdən vergi tutulması, kriptovalyutanın ölkəmizdə ödəniş vasitəsi kimi istifadə oluna bilməsi, İCO layihələrə investisiya cəlb etmək üçün icazə və ya investisiya limiti, mayninq üçün zəruri avadanlıqların ölkəyə sərbəst olaraq gətirilməsi mövzuları ətrafında müzakirələr aparılacaq.

Müzakirələrin yekununda təkliflərin hazırlanması nəzərdə tutulub.

Dəyirmi Masa Azərbaycan İnternet Forumu, CryptoAZE cəmiyyəti və Portmanat.az qurumlarının təşkilatçılığı keçirilir.

Leave a Reply