https://www.youtube.com/watch?v=-MKapbz0GIo
Blockchain.az

Blockchain Azərbaycan Mərkəzi

Haqqımızda

Blockchain Azərbaycan Mərkəzinin yaradılma məqsədi nədir?

Blockchain Azərbaycan Mərkəzi öz ətrafında İnformasiya Texnologiyaları, Blockchain, Kriptovalyutalar sahəsində ixtisaslaşmış şəxsləri toplayaraq, yeni texnologiyanın ölkəmizdə inkişafı istiqamətində zəruri addımlar atılması üçün yaradılmışdır. Qurumun əsas məqsədi Blockchain və Kriptovalyutalar ilə bağlı təkliflərin hazırlanması, tətbiqi sahələrinin təyin edilməsi, mövzuya aid təlim-tədrisin təşkili, konsultasiya və tədbirlərin təşkil olunmasıdır.

Tərəfimizdən həmçinin fərdi və özəl şirkətlər üçün blockchain texnologiya əsaslı həllərin təqdim olunması da təşkil olunacaq. BAM olaraq yerli startap layihələrə İCO-ların təşkili, konsulatsiyaların verilməsi, dəstəyin göstərilməsi də planlanır. Bu istiqamətdə daha effektiv fəaliyyət üçün biz beynəlxalaq blockchain əsaslı şirkət və qurumlarla əməkdaşlıq edəcəyik.

Mərkəzin fəaliyyət sahələri

Təlim və Tədris

Blockchain texnologiyası və kriptovalyutaları daha aydın başa düşmək üçün həm saytımız, həm də fərdi və ya şirkətlər üçün canlı təlimlərin təşkili.

Konsultasiya

Blockchain texnologiyasını şirkət və ya layihəsində tətbiq etmək istəyən şəxs və ya qurumlar üçün, konsultasiyaların verilməsi.

Blockchain həllər

Texnologiyadan istifadə edərək, məlumatların təhlükəsizliyi, smart kontraktların hazırlanması və tətbiqi üzrə xidmətlər.

Tədbirlər

Yerli və xarici şirkətlərlə əməkdaşlıq edərək, kriptovalyuta və blockchain mövzularında tematik tədbirlərin təşkil edilməsi.

Qısa məlumat kartları

Blockchain, bitcoin sözlərini eşidib, mənalarını bilmirsinizsə, qısa məlumat kartlarımız köməyinizə gələcək.

Komandamız İlə tanış olun

Telman Axundov

Akhundoff Group, Portmanat.az

Xarkov Politexnik İnstitutunu (Ukrayna) Kompyuter Mühəndisliyi ixtisası üzrə bitirmişdir. Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Bir neçə uğurlu İT və İnternet bizneslərini qurmuşdur. Strateji Planlaşdırma və Biznesin İdarə edilməsi sahəsində 20 ildən çox təcrübəyə malikdir.

Sabit Bağırov

Şəffaflıq-Azərbaycan təşkilatının İdarə Heyətinin və EİTİ-Azərbaycan QHT Koalisiyası Şurasının üzvüdür

Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir.

1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir.

1971-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır.

1974-1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur.

1977-1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır.

1992-1993-cü illərdə Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifələrində işləmişdir.

1993-1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının departament rəhbəri vəzifəsində çalışmışdır.

1994-cü ildən Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun və İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin prezidenti vəzifələrində çalışır.

1994-2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır.

1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.

1998 və 2004-cü illərdə Dünya Bankının Azərbaycan enerji layihələrində məsləhətçi olmuşdur.

Hazırda Şəffaflıq-Azərbaycan təşkilatının İdarə Heyətinin və EİTİ-Azərbaycan QHT Koalisiyası Şurasının üzvüdür.

1992-ci ildən WB, IMF, IFC, EBRD, OECD, CIPE, TI, IREX, OSI və sair təşkilatların keçirdiyi beynəlxalq konfranslarda məruzəçi və iştirakçı qismində iştirak etmişdir.

Ailəlidir, 3 övladı var.

Osman Gündüz

Azərbaycan İnternet Forumu, MilliNet, Startup.az

Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur.

1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib.

Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökümət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur.

Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan ``Azərbaycan panoramı`` informasiya sisteminin (1997-1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan ``AzTest`` interaktiv tədris vəsaitinin, ``AzLaws`` - Azərbaycan Respublikasının qanunvericilik bazası`` İnformasiya sisteminin (1999), ``AzTarix``-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhzulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub.

2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. ``İnternet. Azərbaycan İnternet Resursları`` (2005-2006), ``Kompüter. İnformasiya texnologiyalarının əsasları`` (2006), ``Mobil telefonun özəllikləri. Mobil telefon və kompüter`` kitablarının müəllifidir.

Elnur Quliyev

KriptoInvest.az

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts. Separated they live in Bookmarksgrove right at the coast of the Semantics, a large language ocean. A small river named Duden flows by their place and supplies it with the necessary regelialia. It is a paradisematic country, in which roasted parts of sentences fly into your mouth.

Orxan Əhmədov

Waves Ambassador, ONEnet Solutions, AMAK

Blockchain Azərbaycan Mərkəzi

Komandamıza üzv olun

Blockchain və Kriptovalyutalar professional həyatınızın bir hissəsidir və biliklərini digər şəxslər ilə paylaşmaq istəyirsinizsə, buyurun komandamıza qoşulun.

Bunun üçün sadəcə bizə yazaraq, nə üçün Blockchain Azərbaycan Mərkəzinin üzvü olmaq istədiyiniz və əlavə edə biləcəyiniz qatqı haqqında məlumat verin.

Blockchain tədbirləri

Blockchain və Kriptovalyutalar ilə bağlı gözlənilən tədbirlər.

Bitcoin Pizza Day Baku
Bakı, Azərbaycan
ICO-ların Biznesə tətbiqi
Bakı, Azərbaycan
WAVES Baku meetup June
Bakı, Azərbaycan
Georgia Blockchain & Bitcoin conference
Tbilisi, Gürcüstan
Azerbaijan Blockchain & Bitcoin conference
Bakı, Azərbaycan